7News.az xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli deyib.
O gəncləri küçədə etdikləri qeyri-etik hərəkətlərə görə tənqid edib:
"Siz elə özünüz kimiləri tərbiyə edib böyüdəcəksiz. Bayaq Heydər Əliyev Mərkəzində muzeyə giriş qapısının qarşısında iki gənc əlində günəbaxan tumu çırtlayırdı. Qabıqlarını da yerə tökərək gəzirdi. Sizə yaraşmır bu cür gözəlliklər. Heyf, çox heyf. Gərək bu hərəkəti edən şəxslər cərimələnsin. Siz yaxşılıqla başa düşmürsünüz.
Yaxşı ki, yolu səhv keçənləri cərimələyirlər. Heç olmasa yol keçməyi tam öyrənməsələr də, cərimə haqqına görə məsuliyyət hiss edirlər, pullarına heyfləri gəlir. Amma bu pisliyi edən heyvanları, bitkiləri incidəndə heç veclərinə də olmur”.//big








