RU
SOFAZ-ın ticarət kompleksi bağlandı
16:38
472

SOFAZ-ın ticarət kompleksi bağlandı

“Gallery Actor” ofis-ticarət mərkəzinin bağlanmasına dair məlumatı əməkdaşlar təsdiq edib.

Bir sıra KİV-də yayılan məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Moskva şəhərində Tverskaya 16 ünvanında yerləşən “Gallery Actor” ofis-ticarət mərkəzi fəaliyyətinə son qoyub.

Ticarət mərkəzinin girişində elan asılıb, elanda TM-nin yanvarın 11-ə qədər çalışdığı bildirilir.

“Gallery Actor” ofis-ticarət mərkəzinin bağlanmasına dair məlumatı əməkdaşlar təsdiq ediblər.

Onların sözlərinə görə, ticarət mərkəzi yanvarın 11-dək işləyəcək, sonra isə bağlanacaq. Bəzi mağazaların bu müddətdən öncə bağlanacağı da bildirilib.

Bununla yanaşı, İnterfaks-ın “Gallery Actor”un sahibi “Tverskaya 16” ASC-yə göndərdiyi sorğusu cavabsız qalıb.

Bina Tverskaya küçəsi və Strastnoy bulvarının kəsişməsində, Kreml və Qızıl meydanın yaxınlığında yerləşir.

1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kv. metrdir.

SOFAZ Moskvadakı bu ticarət mərkəzini 2012-ci il dekabr ayında 133 mln. ABŞ dollarına alıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ