RU
SON DƏQİQƏ: Braziliyada yeni prezidentin adı açıqlandı
14:09
22

SON DƏQİQƏ: Braziliyada yeni prezidentin adı açıqlandı


7NEWS.az xəbər verir ki, 98,9 faizinin Ali Seçki Məhkəməsinin (TSE) açdığı seçki qutularının nəticələrinə görə, Lula 50,83 faiz, rəqibi prezident Jair Bolsonaro isə 49,17 faiz səs toplayıb. TSE-nin seçki nəticələrini paylaşdığı internet saytında seçkinin riyazi şəkildə tamamlandığı və açılmamış qutuların nəticəyə təsir etməyəcəyi bildirilib. Daha əvvəl Braziliyanı iki müddət idarə edən Lula seçkilərdə 2 faizdən az fərqlə qalib gəlib. Lula öz Twitter hesabında "Demokratiya" qeydi ilə Braziliya bayrağını paylaşıb. Luiz İnasio Lula da Silva 2023-cü il yanvarın 1-dən prezident postunu Bolsonarodan təhvil alacaq.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ