RU
lombard
SON DƏQİQƏ!
21:29
801

SON DƏQİQƏ! "Tarqovıy" təcili boşaldıldı, giriş qadağan edildi +VİDEO

Bakının mərkəzi hesab olunan Nizami  küçəsinə giriş bağlanıb.

Bu gün günorta saatlarından etibarən polis əməkdaşları insanları şəhərin mərkəzindən kənarlaşdırıb. 

Əraziyə xeyli sayda  polis əməkdaşı cəlb olunub. Onlar insanları şəhərə çıxmamağa və evdə oturmağa  səsləyib.Daha sonra  xüsusi  geyimli şəxslər "Tarqovıy" küçəsini dezinfeksiya edib.

Əldə etdiyimiz məlumata görə, şəhərin mərkəzinə giriş tam məhdudlaşdırılacaq. 

Rəsmi məlumata görə, Azərbaycanda  bu gün 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir./oxu24

 

7news.az  saytı bütün oxucuları evdə qalmağa, Dövlətin qəbul etdiyi qərarlara riayət etməyə çağırır.

 

Ərazidən  videonu  təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ