RU
Soso Bakıdan səsləndi: “Qonşu ölkələr arasında...” - FOTOLAR, VİDEO
17:59
643

Soso Bakıdan səsləndi: “Qonşu ölkələr arasında...” - FOTOLAR, VİDEO

Ötən gün Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili təəssüratlarını bölüşüb. 

İfaçı "İnstaqram” səhifəsində paylaşdığı video vasitəsilə təşkilatçı Emin Ağalarova xüsusi təşəkkürünü bildirib: "Xəzər dənizinin sahilindən, möhtəşəm Bakıdan sizi salamlayıram. Dünən hava çox gözəl olsa da, bu gün küləklidir. Dünən möhtəşəm konsert baş tutdu. Gələn hər kəsə təşəkkür edirəm. Mühafizəyə, texniki işçilərə, rəqqaslara, musiqiçilərə, hətta uşaqlara minnətdaram. Xüsusi təşəkkürümü Ağalarovlar ailəsinə bildirirəm. Onların iki nəvəsinin 8 yaşı tamam olur, onları təbrik edirəm. O gün olsun, toylarında valideynləri və babaları ilə əylənək. Sizi sevirəm, sizinlə qürur duyuram. Arzu edirəm ki, qonşu ölkələr arasında daim mehribanlıq olsun. Hamınızı öpüb, bağrıma basıram”. 

Emin Ağalarov isə S.Pavliaşviliyə "Mənim qardaşım, möhtəşəm konsert üçün təşəkkür edirəm”, - deyə təşəkkürünü bildirib. 

Qeyd edək ki, S.Pavliaşvili qondarma "DQR”-ə konsertə getdiyi üçün Azərbaycanın "qara siyahı”sına salınmışdı. O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Bundan sonra gürcü ifaçının Azərbaycan ərazisinə girişinə icazə verilib.//musavat.com


 



 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ