Səhnə adamları hər zaman baxımlı olmağa çalışır. Bunun üçün zamanla bıçaq altına yatanlar da az deyil. Bir çox tanınmışlar bədənlərinin müxtəlif yerlərinə silikon belə qoydurur.
7News.Az şou-biznesin silikonlu məşhurlarının siyahısını təqdim edir:
Xalq artisti Aygün Kazımova dəfələrlə plastik əməliyyat etdirib. Müğənni sinəsinə və dodaqlarına silikon qoydurmuşdu. Bu yaxınlarda isə A.Kazımova silikonlarını çıxartdırıb. 
Müğənni Günel Ələkbərova dodağına silikon qoydurmuşdu. İki il bundan əvvəl isə ifaçı əməliyyatla silikonlarını çıxartdırıb.
Müğənni Rəqsanə İsmayılova da silikon qoyduran tanınmışlardandır. Sənətçi sinəsinə, üzünə və dodaqlarına plastik müdaxilələr etdirib. 
Müğənni Sevinc Ağaşirinova bu yaxınlarda sinəsinə silikon qoydurub. 
Müğənni Nadir Qafarzadə bir vaxtlar dodaqlarına silikon qoydurması ilə gündəmə gəlmişdi. 
Silikondan istifadə edən digər kişi müğənnisi isə Samir Bağırov olub. Uzun illərdir səhnədən uzaqlaşan S.Bağırov dodaqlarını silikon etdirib. 
Aparıcı Lalə Mustafayeva bir vaxtlar dodaqlarını silikon etdirib. Ötən il isə aparıcı əməliyyatla onları çıxartdırıb. 








