Sumqayıt şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli sökülüb.
7news.AZ xəbər verir ki, şəhər bazarının yaxınlığında yerləşən heykəl bir neçə gündür yerindən götürülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev 7news.Az-a bildirib ki, şairin heykəli adına layiq yerə köçürülür.
"Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş "Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, – E.Qocayev deyib










