RU
Şura qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
18:01
616

Şura qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  2017-ci il birinci qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək Şura ilə QHT-lər arasında müqavilələr imzalamaq üçün tələb olunan sənədlər, müqavilə öhdəlikləri, layihə idarə edilməsinin qayda və istiqamətləri, layihələrin icrası zamanı ortaya çıxan problemlər və onların həlli qaydaları, ötən il layihələrin həyata keçirilməsi zamanı  yol verilən nöqsanların təkrarlanmaması üçün atılacaq addımlar haqqında təqdimatla çıxış edib. Şuranın baş mühasibi Emin Məmmədov çıxışında maliyyə vəsaitinin idarə olunması, hesabatlılıq, nağdsız ödənişlər və digər zəruri məsələlərə toxunub. Şura Katibliyinin əməkdaşları məlumatlandırma sessiyasında QHT-lərin suallarını cavablandırıblar.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ