RU
Şuranın dəstəyilə Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq
11:39
436

Şuranın dəstəyilə Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən yeni beynəlxalq layihənin icrasına başlanılıb.
 
"Qoşulmama Hərəkatına üzv ölkələrin QHT rəhbərlərinin onlayn görüş, müzakirə və videokonfransının təşkili və virtual əməkdaşlıq şəbəkəsinin qurulması” adlanan beynəlxalq layihə 3 ay müddətində məsafədən, İKT imkanları vasitəsilə həyata keçiriləcək və 20-dən artıq ölkəni və onların fəal vətəndaş cəmiyyəti institunu əhatə edəcək.    
 
Pandemiya şərtlərinə uyğun onlayn formatda icra olunacaq layihə çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin nüfuzlu QHT rəhbərlərinin quruma sədrlik edən Azərbaycanın müxtəlif hökumət strukturları və QHT platformaları ilə virtual tanışlığı, görüşü təşkil olunacaq, ölkəmizdə vətəndaş cəmiyyəti sistemi və onun təsisatlarının rolu və fəaliyyəti haqında məsafədən müzakirəsi aparılacaq. 
 
Proqrama uyğun QH-a üzv ölkələrin QHT rəhbərlərinin, Azərbaycan vətəndaş cəmiyyəti institutları, hökumət strukturları təmsilçilərinin, ekspert və media nümayəndələrinin iştirakı ilə "Qoşulmama Hərəkatına üzv ölkərin QHT-nin əməkdaşlıq imkanları” adlı onlayn beynəlxalq videokonfans təşkil olunacaq və bu beynəlxalq platforma çərçivəsində gələcək fəaliyyətlərə dair konkret təkliflər səsləndiriləcək.
 
Onlayn beynəlxalq tədbir adından Bakı Bəyannaməsi qəbul olunacaq ki, burada da QH-üzv QHT-lərin virtual əməkdaşlıq şəbəkəsinin əsası qoyulacaq. Əməkdaşlıq şəbəkəsi Azərbaycanın sədrliyi dövründə 2021-ci ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin I Forumunun keçirilməsi üzrə təşəbbüslə çıxış edəcək. 
 
Layihə çərçivəsində ADTGT QH-a üzv ölkələrin QHT-lərini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə, ölkəmizin ədalətli mövqeyinin müdafiəsi istiqamətində beynəlxalq  ictimai dəstək kampaniyasına cəlb etmək niyyətindədir.
 
ADTGT hesab edir ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin ölkəmizin haqlı mübarizəsinin tanıtım və təbliğində iştirak etməsi dövlətimiz üçün yeni imkanlar və əlavə şanslardır.
 
Layihənin yekunu olaraq, ingilis dilində QH-na üzv ölkələrdə QHT-lər, onların vəziyyəti, rolu və fəaliyyətinə dair kitab çap olunacaq və poçt vasitəsilə iştirakçı ölkələrə göndəriləcək.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ