RU
Sürücülərin diqqətinə: Bu radarlar sizi çəkə bilməz – FOTO
21:50
625

Sürücülərin diqqətinə: Bu radarlar sizi çəkə bilməz – FOTO

Aeroport yolunda olan tabloların yanındakı heç-bir radarın sürət çəkmək hüququ yoxdur.

Mərdəkan yolu ilə şəhərə doğru gəlirsiniz (əslində istiqamət fərq etməz). Bu zaman qarşınızda tablolar və orada hərəkət sürətləri çıxır: 80 km/saatda, 100 km/saatda, 120 km/saatda, 120 km/saatda.

Siz qanunla bu tablolardan sonra həmin sürətlərdən birini seçib müvafiq zolaqla hərəkət edəcəksiniz. Bu tablonu keçirsiniz və təxmini 3 km-dən sonra qarşınıza daha bir tablo çıxır.

Bu şəkil sürət tablosundan və radarlarından 100 metr məsafədə çəkilib. 

Əgər avtomobili 100-lük zolaqda saatda 130 km sürət ilə idarə edirsinizsə, radar sizi çəkə bilərmi ? Xeyr. Çünki YHQ-un 50-ci maddəsində deyilir:

"VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.

Əgər verilmiş sürətlər hətta 60 km/saatda belə aşılarsa, real olaraq qayda pozularsa radarlar bunu qeydə ala bilməz. Əgər bu radarlar qayda pozuntusunu qeydə alarsa, işarə olmamasına görə ləğv edilməlidirlər, çünki qanun belə deyir - 50-200 metr məsafədə işarə olmalıdır. 

"Mən bütün bu yolların hamısını keçdim. Aeroport şosesi və Zığ şossesində olan bütün radarların hamısına baxmışam. Yalnız Zığ avtomagistralında 1 yerdə "İ” informasiya lövhəsi var. Digər radarların heç-birinin 50-200 metrliyində nə "İ” informasiya və ya 3.24 maksimum sürətin məhdudlaşdırılması nişanı yox idi” - Dj.Tural yazır. 

Qanuna əsasən, belə nişanları olmayan radarların göstəriciləri qəbul edilmir. Yəni sürücü qaydanı pozur, lakin heç kim onu məsuliyətə cəlb edə bilmir. 

"Sizə tövsiyə edirəm ki, hərəkət sürətini aşmayasınız. Çünki sürət həddinin aşılması sizi ölümə daha da yaxınlaşdırır. Avtomobilin saatda 90 km-dən çox sürətlə sürülməsi hətta istehsalçılar tərəfindən tövsiyə edilmir. Lakin 80-lik yolda 100-lə getsəniz və orada müvafiq nişan yoxdursa, sizə cərimə yazılmalı deyil” - Dj.Tural əlavə edib .

Beləliklə, əgər sizə bu yollarda radar gəlibsə və buna görə cərimə tədbiq olunursa, rahatlıqla şikayət verə bilərsiniz, çünki bu halda qanun sizin tərəfinizdədir. 

Hətta verilmiş məsafədən 1 sm kənara olduqda belə radarın sizi çəkmək hüququ yoxdur. Şikayət ərizələrinin formasını buradan yükləyə bilərsiniz./ Avtostop.tv

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ