Son günlər şou aləminin ən əsas xəbərlərindən biri "Coachella" festivalıdır.
7News,az-ın məlumatına görə, bəzi ulduzlar festivala övladları ilə qatılıblar. Musiqi və incəsənət festivalından çox dedi-qoduların yayıldığı tədbir kimi yadda qalan "Coachella"da aktyor Arnold Şvarsneqqer oğlu Patrik və qızı Kristina ilə iştirak edib.
Model Sindi Kroford isə həyat yoldaşı Rendi Qerber və qızı Kaye ilə əylənib.


Aktyor Silvestr Stallone və qızı Sofiya
Aktrisa Kayl Riçards qızı Farra Oldcufri və yaxın qohumu, aktrisa Peris Hiltonla
Rep ifaçısı Ays Kyub (İce Cube) isə oğlu OŞi Ceksonla səhnəyə çıxıb.








