Əfqanıstanın yeni hökumətini formalaşdıran "Taliban" Rusiyadan koronavirus infeksiyasına qarşı vaksinlərin tədarükündə maraqlıdır.
Bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin Səhiyyə naziri Qələndər İbad TASS-a açıqlamasında deyib:
"Biz həm Rusiyadan, həm də bu sahədə bizə yardım etmək istəyən dünyanın istənilən ölkəsindən peyvənd almaqda maraqlıyıq”.
Qeyd edək ki, 20 oktyabr 2021-ci ildə "Taliban" nümayəndə heyəti Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə məsləhətləşmələr aparmaq üçün Moskvaya gəlib. Hərəkatın sözçüsü deyib ki, "Taliban" tərəfindən qurulan hökumət hələ tam formalaşmış deyil. O, Əfqanıstanda islahatlar və hökumətdə dəyişikliklərin olacağını anons edib.








