RU
Tanınmış müğənni evində ölü tapıldı
09:48
1263

Tanınmış müğənni evində ölü tapıldı

Mahnıları və bəstələriylə 70-ci illərin məşhur müğənnisinə çevrilən Aydın Tansel evində ölü tapılıb.

7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Bodrumdakı evində infarktdan dünyasını dəyişib. 71 yaşlı A.Tanselin uzun müddət görünməməsi qonşularını şübhəyə salıb.

Dərhal polisə müraciət edilib və müğənninin evinin qapısı sındırıldıqdan sonra onun cəsədi çarpayısında tapılıb. Sənətçinin ölüm xəbəri dostlarını və fanatlarını kədərləndirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ