Türkiyənin tanınmış aktyoru, "Səksənlər” serialında Seyfi obrazını canlandıran Kemal Kuruçay 59 yaşında dünyasını dəyişib.
Aktyor çəkiliş meydançasında infarkt keçirib. Kuruçayın ölüm xəbərini aktyor Nedim Saban sosial şəbəkədə paylaşıb:
"Çox istedadlı bir aktyor, çox yaxşı insan idi. "İki oda bir Sinan” tamaşasında birlikdə işləmişdik. Böyük sevgi ilə peşəsinə bağlı idi. Çox pis oldum”. /qafqazinfo
7NEWS.Az








