RU
Tanınmış türk müğənnisi bıçaqlandı - FOTO + VİDEO
11:41
622

Tanınmış türk müğənnisi bıçaqlandı - FOTO + VİDEO

Müğənni Orhan Ölməz qonşuları tərəfindən evinin qarşısında bıçaqlanıb.

7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir zamanlar hit mahnıları ilə reytinqlərdə yer alan müğənni qonşularının səs-küyündən narahat olurmuş. Bu dəfə də içkili halda səs-küy salan qonşularına yaxınlaşan ifaçı "Köçürsünüzsə, kömək edim" deyib.

Onlar bundan əsəbiləşərək müğənninin arxasıyca düşüblər. Avtomobilinə minən Orhan yanına gələn 4 nəfər onun boğazını sıxıblar və 5 bıçaq zərbəsi endiriblər. İfaçı təcili xəstəxanaya çatdırılıb. Polis cinayətkarların axtarışına başlayıb.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ