Türkiyəli müğənni İbrahim Tatlısəs sauna qalmaqalı məhkəməsində bəraət alıb.
Prokurorluq İbrahim Tatlısəs üçün 8 ilə qədər həbs istəsə də, məhkəmə onu azad edib.
Qeyd edək ki, 2006-cı ildə aralarında təqaüddə olan polis rəisi, generallar və müğənni İbrahim Tatlısəsin olduğu bir qrupun Ankarada yerləşən saunaya basqın etməsi, oradakıların pullarını zorla mənimsəməsi iddia edilirdi.








