ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı aşıq Telli Borçalı (Telzadə Qurbanova) olub.
Efirə ağlaya-ağlaya gələn aşıq qardaşının səhətinin pis olduğundan danışıb:
"Qardaşım narahatdır. Əməliyyat olub. İnşallah, yaxşı olar. İstəmirəm çox danışım, birdən televizora baxar, pis olar. Onu hamı çox istəyir. Çox sakitdir, qızdan, gəlindən hayalıdır. Aşıqdır. Tərmeyxan mənim doğma qardaşımdır. O, ancaq aşıq verilişlərinə çıxır".
7News.Az










