RU
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib
11:30
21

Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qadının əməliyyatı normal keçib, hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, dünən saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xatıradaq ki, polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə. Məmmədzadə saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ