RU
Toyda insanları aldadan azərbaycanlı müğənnilər
11:34
13149

Toyda insanları aldadan azərbaycanlı müğənnilər

Bu gün ATV-də yayımlanan "Mənim dünyam" verlişi maraqlı anları ilə yadda qalıb.

7News.Az-ın məlumatına görə, proqramda qonaq olan müğənni Samir Piriyev və Ayaz Qasımov xoşagəlməz açıqlamalar verib.

Belə ki, sənətçilər çox vaxt toyları yola verdiklərini bildiriblər.

Proqramın aparıcısı, xalq artisti Nisə Qasımovanın ünvanladığı "Bəzən olur ki bilmədiyiniz mahnıları sizdən oxumağınızı istəyirlər. Onda nə edirsiniz?" sualına, müğənni Samir Piriyev bu cür cavab verib: "Bu cür məqamlar çox vaxt toylarda olur. Biz də yola veririk gedir. Mahnı olub ki, toyda bəstələmişəm. Nə gəldi oxumuşam".

Bu fikirləri təsdiqləyən digər müğənni Ayaz Qasımov isə, "nə etməliyik, istəklərini yerinə yetiririk ki, narazı qalmasınlar" - deyə cavab verib.

Qeyd edək ki, toyları yola verdiklərini qeyd edən bu müğənnilər "od qiymətinə" toya gedirlər.

Həmin video görüntünü təqdim edirik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ