Aşıq Əli Qobustan qəsəbəsində toy mərasimi zamanı qətlə yetirilən qəsəbə sakini Fəxri Kərimovun onun qohumu olması haqda məlumatlara aydınlıq gətirib.
Sənətçi bildirib ki, Fəxri Kərimov onun qohumu deyil: "Fəxri yaxşı oğlan idi. İdmanla məşğul olurdu. O, mənim qohumum deyil, ancaq qohumdan da yaxın idi. Fəxri ilə yaxşı əlaqələrimiz olub. Onu qətlə yetirən şəxs də tanıdığımız adamdır. Qəsəbədə bir yerdə yaşamışıq”.
Qeyd edək ki, Qobustan rayonunda toy mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Duvannı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb.
Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.//azvision.az
7News.az








