Toyda mikrofonu açıq qalan gəlin biabır oldu: "5 dəqiqə əvvəl hamamda..." - VİDEO - FOTO

Toyda mikrofonu açıq qalan gəlin biabır oldu:

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə gəlinin mikrofon açıq qaldığına görə qonaqlar arasında pis vəziyyətdə qalması əks olunub.

ABŞ-dakı toy mərasimində çəkilən görüntülərə görə, bəy həyat yoldaşına çox gözəl göründüyünü söyləyib. Bundan həvəslənən gəlin gülərək ərinə qeyri-etik formada bir neçə dəqiqə əvvəl hamamda təbii ehtiyacını ödədiyini dilə gətirib.

Bəy: Çox gözəl görünürsən
Gəlin bəyin qulağına pıçıldayaraq: Bilirəm, 5 dəqiqə əvvəl ayaqyolundaydım, təbii ehtiyacımı ödədim, rahatlaşdım.
Bəy: Üstümdə mikrofon var
Gəlin: Off

 

Bəy üzərində mikrofon taxıldığını söyləyəndə gəlin pis vəziyyətdə qalıb. Həmin anların görüntüsü sosial şəbəkələrə yüklənib, yüzlərlə dəfə paylaşılıb.

Xəbər lenti