ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının toplanmasına nəzarətin gücləndirilməsini nəzərdə tutan yeni fərman imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, sənəd federal büdcəyə hər il əlavə 20-30 milyard dollar gəlir gətirə bilər.
Trampın ticarət və istehsal məsələləri üzrə müşaviri Piter Navarro bildirib ki, yeni tədbirlər qaçaqmalçılıq, fentanil dövriyyəsi və rüsumlardan yayınma hallarına qarşı yönəlib.
Fərman həmçinin gömrük xidmətində yeni texnologiyaların tətbiqini nəzərdə tutur.








