Tramvay və trolleybuslar Bakı küçələrinə qayıda bilər: Gələn il açıqlanacaq - VİDEO - FOTO

Tramvay və trolleybuslar Bakı küçələrinə qayıda bilər: Gələn il açıqlanacaq - VİDEO - FOTO

Təxminən 20 il öncəyə kimi Bakı küçələrində sınıq-salxaq olsa da, tramvay və trolleybuslara rast gəlmək mümkün idi. Amma onların rentabelliyi, istismar müddətini başa vurması, eləcə də paytaxtın avtomobilləşməsi bu nəqliyyat vasitələrinin sıradan çıxması ilə nəticələndi. Paytaxtın inkidi abu-havası, ictimai nəqliyyatın genişlənməsi eləcə də əhali təlabatı tramvay və traleybusların yenidən bərpasını gündəmə gətirib.

7News.Az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Elməddin Muradlı - Ekspert: "Tramvay və trolleybuslar bərpa olunduqda, Bakıda istər-istəməz müəyyən infrasturuktur layihələri ixtisara düşəcək.Onsuzda tramvay xəttində də maşınlar hərəkət edir. Sadəcə tramvay gəldikdə yolu boşaltmaq lazımdı, eləcə də trolleybuslarda. Bir xətti, bir marşurutu var, onunla paralel qarşısında, arxasında maşınlar gedə bilər".

Yol hərkətinin təhlükəsizliyinə dair dövlət proqramına da daxil edilən bu məsələ, həm də ekoloji təmiz nəqliyyat növlərinə keçidi stimullaşdıra bilər. Eyni zamanda ictimai nəqliyyatın şaxələnməsinə, nəqliyyat yüküknün azalmasına yardım etmiş olacaq.

Azər Alahverənov - Ekspert: "Əgər müsbət rəy hazırlanarsa biz yaxın illərdə Bakı küçələrində tramvayları da görmüş olacağıq".

Şəhər sakini: "Tramvaylar yenidən Bakıda işə başlasalar tıxaclar da, sərnişin sıxlığı da aradan qalxar. Onların özlərinin ayrıca xəttləri var, o xətt üzrə də hərəkət edərlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində tramvay da var, trolleybus da, bizim səhvimiz ondan ibarətdir ki, bizdə ola-ola biz özümüz ondan imtina etmişik".

Mütəxəssislər deyir ki, həmin nəqliyyat növlərinin yenidən barpası uzzun müddətli bir prosesdir. Eyni zamanda paytaxt küçəlri kompleks analiz olunnmalıdır ki, xəttlərin hansı ərazidən keçməsi  daha renetabelli olacağı müəyyən edilsin.

Asif İbrahimov - İdarəetmə üzrə mütəxəssis: "Bakının baş planının təhlilini aparmalıyıq, zonalaşma planlarını yoxlamalıyıq, son dövrlərdə aparılmış tikinti quraşdırma işlərinə baxmalıyıq, eyni zamanda mövcud nəqliyyat infrasturukturumuzun vəziyyətinə baxmalıyıq. Baxmayaraq ki, bu nəqliyyat vasitəsi baha başa gəlir amma hər bir halda metrodan daha ucuz olduğu sirr deyil".

Tramvay və traleybuslarla bağlı hazırlanacaq təkliflərin gələn ilin sonlarına açıqlanacağı gözlənilir.

7News.Az 

Xəbər lenti