RU
Tünzalə
13:29
2106

Tünzalə

 

"Özümü çox yaxşı hiss edirəm, artıq bir həftədir ki, analıq hissini yaşayıram, bu adı daşıyıram. Böyük fəxarətdir. Allah hər kəsin balasını saxlasın. Allah məni övladla şərəfləndirdi".

7News.az bildirir ki, bu sözləri açıqlamasında əməkdar artist Tünzalə Əliyeva söyləyib.

Bir həftə əvvəl ana olan aktrisa təbrik edən hər kəsə təşəkkürünü bildirib:

"Hazırda övladıma qaynanam baxır. Artıq çəkilişlərə start veririk, sağ olsunlar, əlimdən tuturlar. Xəstəxanaya gedəndə isə telefon aparmamışdım, vacib hesab etmirdim. Bacım qızı və yoldaşıma xeyli təbriklər gəldi. Hamı instaqramda paylaşım etdi, xoş sözlər yazdılar. Allah onları saxlasın".

T. Əliyeva açıqlamasında həyat yoldaşı ilə birgə qızına ad seçdiyini vurğulayıb:

"Həyat yoldaşımla əvvəlcədən qızımın adını seçmişdik. Düşünmüşdük ki, oğlan olsa, adı Məhəmməd, qız dünyaya gələrsə, Zəhra qoyacağıq. Həyat yoldaşım mənə həmişə "Zəhram" deyirdi, bu ad mənə çox doğmadır. Mənə deyirdi, indi isə qızıma belə müraciət etsin"./milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ