RU
Türk serialları Azərbaycanda çəkiləcək
19:17
1575

Türk serialları Azərbaycanda çəkiləcək

Azərbaycan turizminə dəstək məqsədi ilə türk serialları ölkəmizdə çəkiləcək

7news.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Azərbaycanda turizmin inkişafına dəstək verilməsi məqsədi ilə türk seriallarının bir hissəsinin Azərbaycanda çəkilməsinə dair layihə hazırlanır.

Bu barədə agentliyə Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin direktoru Nurlana Çakmak məlumat verib.

Onun sözlərinə görə, türk serialları bütün dünyada sevilir.

"Hesab edirəm ki, Azərbaycan reallıqları ilə tanış olan insanlar ölkəmizə gəlmək istəyəcəklər. Bununla da regiona turist axını artmış olacaq",- deyə N.Çakmak bildirib.

Azərbaycanın turizm nümayəndəliyi Türkiyə, Rusiya, Almaniya və Dubayda fəaliyyət göstərir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ