RU
Türkiyədə ağır avtobus qəzası - Ölən və yaralananlar var
12:00
1102

Türkiyədə ağır avtobus qəzası - Ölən və yaralananlar var

Türkiyənin Kayseri şəhərinin Pınarbaşı bölgəsində sərnişin avtobusunun aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bölgəyə çox sayda sağlamlıq, xilasetmə, jandarma və polis qrupları göndərilib.

Qəzada 3 nəfərin hadisə yerində, 1 nəfər isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyi, müalicə alan 24 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ