RU
Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO
12:50
31

Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO

Türkiyədə azərbaycanlı qadınlar avtomobil güllələnib.

7News.Az türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Dənizli şəhərinin Pamukkala qəsəbəsində baş verib.

Hadisə Pamukkale rayonunun Kınıklı məhəlləsində baş verib. Məlumata görə, 35 yaşlı Metanət Altınpolat 8 yaşlı oğlu və bacısı Turna Kardaş ilə birlikdə park edilmiş avtomobilə minərkən, keçmiş sevgilisi olduğu iddia edilən Sabit Ö. avtomobilə ov tüfəngi ilə ardıcıl atəş açıb.

Hadisə nəticəsində ayaqlarından ağır yaralanan Mətanət Altınpolat və qolundan xəsarət alan bacısı xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Altınpolatın həyatını xilas etmək mümkün olmayıb.

Hücumdan sonra hadisə yerindən qaçan şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralı Turna Kardaşın müalicəsinin davam etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ