RU
Türkiyədə mədən uçqunu nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
10:50
23

Türkiyədə mədən uçqunu nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Türkiyənin Manisa vilayətinin Soma rayonunda mədən müəssisəsində baş verən uçqun nəticəsində daha 3 işçinin meyiti tapılıb.

Bu barədə Manisa Valiliyi məlumat yayıb.

Bildirilib ki, bununla da faciə nəticəsində həyatını itirənlərin sayı 5-ə yüksəlib.

Valilikdən verilən açıqlamaya görə, mədəndə aparılan axtarış-xilasetmə işləri başa çatıb.



***
21:56

Somada mədəndə baş verən çökmə nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.

 Ədliyyə naziri Akın Gürlek açıqlamasında uçqun altından daha bir işçinin nəşinin çıxarıldığını bildirib.

Digər işçilərin çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.


***
18:14

Türkiyədə mədəndə uçqun altında qalan 1 nəfər ölüb.

Bunu səhiyyə naziri Kamal Memişoğlu bildirib.

***

16:17

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.

İlkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.

Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ