Türkiyədə Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerin təqribən 12 kilometr dərinliyində, yerli vaxtla saat 13:12-də meydana gəlib. Təbii fəlakət nəticəsində hər hansı bir dağıntı və ya itki barədə məlumat daxil olmayıb.








