ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənni Buray maraqlı açıqlamalar verib:
"Sən sevdamısın" mahnısı ilə məşhurlaşan ifaçı yeni yaradıcılıq işlərindən danışıb:
"Yeni mahnılarımız artıq hazırdı. Albom üzərində də işlərimiz yekunlaşır. "Sən sevdamısın" mahnısına rəqib olacaq iki yeni mahnım var. "Sahidən" və "Səni sevmirəm artıq" adlı mahnılardır. Bu iki mahnı rəqabətdədir. Hansının üstün olacağına dinləyicilər qərar verəcək. Yanvar-fevral aylarının birində bu iki mahnıdan birini təqdim edəcəyəm".
Buray Sezen Aksu ilə necə tanış olmalarından da bəhs edib: "Albomumu onun studiyasında hazırladım. 2 aya yaxın dostumla bərabər ora qapandıq. İşimizin üstünə düşdük. Sezen xanımla tanış olmağı çox istəyirdim. Amma görüşə bilmirdik heç cür. Nəhayət, ad günümdə təsadüfən o da studiyaya gəldi və tanış olduq. Ən böyük hədiyyə oldu onunla tanış olmağım".
Daha sonra müğənni Azərbaycana gəlmək istədiyini bildirib: "Azərbaycandan mənə çox mesajlar gəlir. Təşəkkür edirəm hər kəsə. Əslində, çox gəlmək istəyirəm. Amma qismət olmur. Gələcəkdim, amma bəzi məsələlər oldu deyə alınmadı. Amma yenə təklif olarsa, niyə də gəlməyim?"
Buray şou-biznesə necə qatılmasından da söz açıb:
"Mən 7 ildir Avstraliyada yaşayıram. Orada dostum Gözdə ilə birlikdə mahnılar yazırdıq. Bir mahnımızı məşhur müğənni Fərhad Göçərə verdik. Çox məşhur parça oldu. Biz daha da həvəsləndik. Daha sonra Fərhad Göçərin prodüseri mənə dedi ki, sənin üçün albom çıxaraq. Əvvəl razılaşmadım, qorxdum. Sonra israr etdikdə isə razılaşdım. Və beləcə yavaş-yavaş məşhurlaşdım". //milli.az
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










