RU
Mustafa Cecelinin Bakıdakı izdihamlı konserti ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
12:58
192

Mustafa Cecelinin Bakıdakı izdihamlı konserti ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi türkiyəli müğənni Mustafa Cecelinin Bakıda izdihamlı konserti zamanı karantin qaydalarının pozulmasına münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən tədbir açıq havada təşkil olunub:

"Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin məkanda xüsusi karantin qaydalarının pozulması aşkar edilib. Orada iştirak edən şəxslərə və təşkilatçılara xəbərdarlıq edilib”.

 

"Tədbirin davam etdirilməsinin qarşısı alınıb”, - deyə o əlavə edib.


11:12

Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib. 

Müğənni konsertdən görüntüləri öz "Instagram” səhifəsində paylaşıb.

Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.

M.Ceceli görüntülərə belə şərh verib: "Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”. 

 

 

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ