RU
Türkiyənin tələb etdiyi konstitusiya dəyişikliyi İsveçdə qəbul edilib
17:05
126

Türkiyənin tələb etdiyi konstitusiya dəyişikliyi İsveçdə qəbul edilib


Türkiyənin NATO-ya üzvlüyünün təsdiqi üçün "şərtlər" arasında yer alan və "antiterror" qanunlarını gücləndirən düzəliş Riksdağda təsdiqlənib.

7NEWS.az xəbər verir ki, İsveçin NATO üzvlüyünün təsdiqi üçün Türkiyənin irəli sürdüyü şərtlər arasında olan konstitusiya dəyişikliyi parlamentdə qəbul edilib. İsveç parlamenti olan Riksdaqdakı 349 deputatdan 278-i "antiterror” qanunlarını sərtləşdirən düzəliş təklifinin lehinə səs verib. Səsvermədən əvvəl yalnız Sol Partiya birləşmək azadlığını məhdudlaşdıracağı səbəbiylə yox səsi verəcəyini açıqlamışdı. Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ