"Uşağı görməyə gedəcəm"-Deputat çölə atılan birgünlük körpədən DANIŞDI

Xəbər verdiyimiz kimi, Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb. Uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş və əli, qolu bağlı şəkildə olub. Körpə tapılandan sonra xəstəxanaya aparılıb.

Bununla bağlı BiG.AZ-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, bu insanı bilərkdən ölüm dərəcəsinə gətirməkdir: "İnanıram ki, polis uşağın anasını axtarıb tapacaq. Hesab edirəm ki, qadın analıq hüququndan məhrum edilərək, həbs ediləcək. Uşaq isə dövlət himayəsinə veriləcək. Həmin ana mütləq həbs cəzası almalıdır. Ömürlük bu damğa onun üzərində qalacaq. Uşağı dünyaya gətirib, bu cür çölə atmaq insanlığa yaraşmayan addımdır. Əgər uşağı istəmirsənsə, dövlətin himayəsinə və ya qohumlarının birinə ver. Yaxud da yaşadığı ərazi üzrə icra orqanlarına müraciət et. Sənə məsləhət verib, düzgün yol göstərsinlər. Təsadüfi münasibətdən uşaq dünyaya gətirib əşya kimi küçəyə atırlar. Payızda, soyuq havada çılpaq şəkildə bir günlük körpəni əli-qolu bağlı şəkildə qutuya qoyub küçəyə atmaq vəhşilikdir. Uşaq həsrəti ilə yaşayan o qədər analar var ki… Uşağın hansı xəstəxanda müalicə aldığını öyrənib, onu mütləq görməyə gedəcəm".

7News.Az

Xəbər lenti