Azərbaycanda azyaşlı körpəsini tək böyüdən valideynlərə qısaldılmış iş vaxtı tətbiq edilib.
7news.Az xəbər verir ki, prezident İlham Əliyev "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə həftədə 36 saat iş vaxtı müəyyən edilib.
7news.Az








