RU
12:20
245

"Uşağı yatızdıranda Səidə deyirəm ki..." - Natavan

Müğənni Natavan Həbibi ana olduqdan sonra ilk dəfə övladı haqda danışıb.

7News.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 106.3 FM-də dicey Kazım Sübhanın suallarını cavablandırıb. Müğənni ilk dəfə oğlu Zeyiddən bəhs edib:

"Uşağı yatızdıranda Səidə (həyat yoldaşı, reper Dado Əliyev - red.) deyirəm, bu necə hissdir, necə varlıqdır? Bunu necə izah edim, bilmirəm. Zeyd mənim içimdədir, mən də onun içində. Yəqin bütün valideynlərdə belədir. Bu anları çox gözləyirdim. İndi doya-doya yaşayıram".

Natavan yaradıcılı ilə bağlı suallara "Tam güclə hazırlıqlar gedir. Yeni mahnı var, klip çəkdirəcəm. Yenə gözəl kliplər, hitlər olacaq" cavabını verib.

Bir müddətdir gündəmdən uzaqlaşan sənətçi şou-biznesin hazırki vəziyyətindən gileylənib:

"Ancaq pozitivləri görürdüm. Son vaxtlar çox söz-söhbətlər var. Amma dəqiq anlaya bilmirəm. Səliqəsizlikdir, kim nə istəyir oxuyur, danışır. Bu, bir az vaxt alacaq, hər şey yerinə qayıdacaq".


.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ