RU
“Uşaqlarımı itirməsəydim, 4-5 oğlum olacaqdı” - Brilliant
11:20
232

“Uşaqlarımı itirməsəydim, 4-5 oğlum olacaqdı” - Brilliant

Xalq artisti Brilliant Dadaşova doğum günündə, doğulmadan ölən övladlarından danışıb.
7News.Az xəbər verir ki, müğənni "cəbhə bölgələrinə getməsəydim, 4, 5 aylıq uşaqlarımı itirməsəydim, 4-5 oğlum olacaqdı”, – deyib.

Xalq artisti yeganə oğlu Cahadla da bağlı etiraf edib: "Cahadın oxuduğu institutda konsert verdim. Bunu ona əvvəlcədən yox, elə həmin gün zəng edib dedim. Dodaqlarını çeynəyə-çeynəyə oturdu. Konsertin axırında gəlib dedi ki, burda da aləmi qarışdırdın bir-birinə. Vacib idi, bilsinlər ki, anamsan? İndi hamı məni barmaqla göstərib deyəcəklər ki, anası sənətçidir. Oğlum istəmirdi ki, institutda tanınsın, seçilsin”.

Xəzər TV-nin "Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:

 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ