RU
Vəfadan toyu ilə bağlı açıqlama:
11:50
19

Vəfadan toyu ilə bağlı açıqlama: "Sevgilimdən evlilik təklifidir" (Video)

Müğənni Vəfa Şərifova şəxsi həyatı ətrafında yaranan suallara münasibət bildirib.

Sənətçi sosial şəbəkədə yayımladığı və böyük maraq doğuran görüntülərin çəkiliş məqsədilə hazırlanmadığını açıqlayıb.

İfaçı bildirib ki, ona edilən evlilik təklifi həqiqətdir və bu, klipdən hər hansı səhnə deyil. Vəfa Şərifova xoş arzularını çatdıran və onu təbrik edən insanlara da təşəkkürünü bildirib.

Xatırladaq ki, müğənni daha əvvəl ona evlilik təklif edildiyi anı izləyiciləri ilə bölüşmüş, qarşı tərəfin təklifinə "Hə" cavabı vermişdi.

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ