Vegetarian valideynlər körpələrini acından öldürdülər

Vegetarian valideynlər körpələrini acından öldürdülər
ABŞ-ın Florida ştatında yaş yarımlıq oğullarını aclıqdan öldürən valideynlər həbs olunub.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "New York Post" yazır.

2019-cu ilin sentyabr ayının sonunda 35 yaşlı Şeyla O`Liri təcili yardım xidmətlərinə zəng edərək körpəsinin nəfəs almadığını və dərisinin çox soyuq olduğunu deyib. Xilasedicilər hadisə yerinə gələndə uşağın artıq keçindiyini bildiriblər.

Şeylanın sözlərinə görə, onlar 4 uşqla birgə ailəlikcə vegetarian pəhrizi saxlayıb və uşaqlar yalnız çiy meyvə-tərəvəzlə qidalanıb. Valideynlər etiraf edib ki, ölən övladları son həftə yeməkdən tamamilə imtina edərərk yalnız ana südü içib. Ana bu halı onun diş çıxarmasıyla əlaqələndirib. Yaş yarımlıq körpənin çəkisi cəmi 7,7 kg olub. Bu, 7 aylıq körpənin orta çəkisidir.

Noyabrın 6-da tibbi ekspertiza uşağın aclıqdan və zəiflikdən öldüyünü müəyyən edib. Bunu bilən valideynlər özləri dərhal polisə təslim olublar.

Digər iki uşaqda da aclıq simptomları aşkar edilib, onlardan birinin hətta dişləri tökülüb. Başqa atadan olan üçüncü uşaq mütəmadi olaraq doğma atasının evinə gedib orada yaxşı qidalandığına görə daha sağlam olub.

Valideynlər uşağa qarşı öhdəliklərini yerinə yetirməməkdə və qəsdsiz adam öldürməkdə ittiham olunurlar. Onlar saxlanılıb. Məhkəmə dekabrın əvvəllərinə təyin olunub.

7News.Az

Xəbər lenti