"ANS-in açılma məsələsi bizdən asılı deyil. Çalışırıq ki, telekanalın yayımını yenidən bərpa edək. Bilmirik ki, nə edək. ANS niyə bağlandı, bilmirik”.
Bu sözlər açıqlamasında uzun müddətdir fəaliyyətini dayandıran ANS teleşirkətinin vitse-prezidenti Mais Məmmədov deyib. O vurğulayıb ki, 11 il öncə tv və radionun fəaliyyətini dayandırmışdılar:
"Səbəb kimi ANS-in borclu olduğu göstərilirdi. Borcu var idisə saytı niyə bağlamadılar?”.
ANS-in açılması üçün dəfələrlə aiddiyyatı şəxs və qurumlara məktub ünvanladıqlarını deyən M.Məmmədov onlara heç bir cavab gəlmədiyini söyləyib:
"Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə də müraciət etmişik. Lakin heç nəyə nail ola bilmirik. Ümidimiz onadır ki, 11 il öncəki kimi prezident ANS-in açılmasına dəstək olsun”.
Qeyd edək ki, ANS-lə bağlı ünvanlanan suallara telekanalın vəkili Fuad Ağayev açıqlama verməkdən imtina edir. Cebhe.ino-ya bu haqda danışan F.Ağayev qeyd edib ki, hüquqi şəxslə aralarında razılıq var: "Bu sualları ANS rəhbərliyinə ünvanlayın. Biz aramızda razılaşmışıq ki, KİV-lərə məlumatı özləri verəcəklər. Bu razılaşmanın yazılı ya şifahi olmasının dəxli yoxdur. Sizi hüquqi tərəf maraqlandırmamalıdır”.//cebhe.info
7News.az
z








