RU
Vəkili ANS-lə bağlı niyə danışmır? - Səbəbini özü açıqladı
15:56
339

Vəkili ANS-lə bağlı niyə danışmır? - Səbəbini özü açıqladı

"ANS-in açılma məsələsi bizdən asılı deyil. Çalışırıq ki, telekanalın yayımını yenidən bərpa edək. Bilmirik ki, nə edək. ANS niyə bağlandı, bilmirik”. 

Bu sözlər açıqlamasında uzun müddətdir fəaliyyətini dayandıran ANS teleşirkətinin vitse-prezidenti Mais Məmmədov deyib. O vurğulayıb ki, 11 il öncə tv və radionun fəaliyyətini dayandırmışdılar: 

"Səbəb kimi ANS-in borclu olduğu göstərilirdi. Borcu var idisə saytı niyə bağlamadılar?”. 

ANS-in açılması üçün dəfələrlə aiddiyyatı şəxs və qurumlara məktub ünvanladıqlarını deyən M.Məmmədov onlara heç bir cavab gəlmədiyini söyləyib: 

"Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə də müraciət etmişik. Lakin heç nəyə nail ola bilmirik. Ümidimiz onadır ki, 11 il öncəki kimi prezident ANS-in açılmasına dəstək olsun”. 

Qeyd edək ki, ANS-lə bağlı ünvanlanan suallara telekanalın vəkili Fuad Ağayev açıqlama verməkdən imtina edir. Cebhe.ino-ya bu haqda danışan F.Ağayev qeyd edib ki, hüquqi şəxslə aralarında razılıq var: "Bu sualları ANS rəhbərliyinə ünvanlayın. Biz aramızda razılaşmışıq ki, KİV-lərə məlumatı özləri verəcəklər. Bu razılaşmanın yazılı ya şifahi olmasının dəxli yoxdur. Sizi hüquqi tərəf maraqlandırmamalıdır”.//cebhe.info

7News.az

z

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ