Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında möhkəmləndirilməsi üçün müharibə başlayan gün Voice of Karabakh platforması yaradılmışdır. Bir müddət öncə qrupun adı Vətən müharibəsində səndə iştirak et adı altında fəaliyyət göstərsədə daha sonra belə bir adın olmadığını nəzər yetirdikdən sonra bu ad qoyulmuşdur. Platformanın logosu, sloqanı, introsu və bütün sosial şəbəkələrdə səhifə və qrupları yaradılmışdır.
Platformanın əsas məqsədi Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində Azərbaycan gənclərinin fəallığının təşviq edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın yalanlarının ifşa edilməsi, beynəlxalq ictimaiyyətin Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasına çağırılması eyni zamanda mülki zərər çəkmiş insanlara, ordumuza dəstəklərin verilməsindən ibarət olmuşdur.
Qrupun yaradıcısı Baku Life Turizm şirkətinin rəhbəri Aqşin Hüseyni və Qətərdə yaşayan Rotane hotellər şəbəkəsində gəlir və reservaşiya şöbəsinin rəhbəri Ceyhun Nəsibbəyli olmuşdur.
Qeyd etmək lazımdır ki müharibə müddətində internetə və sosial şəbəkələrə məhdudiyyətlərin qoyulmasına baxmayaraq fəaliyyətimiz həqiqətən çox uğurlu olmuşdur. Biz 2 gənc olaraq bu platformanı qursaqda yaxın dostlarımızın və xüsusəndə platoformada bizə dəstək olan insanların sahəsində qısa müddətdə daha da böyümüşük. Platformanın müəyyən departamentləri var ki bunlara qrafik dizaynerlər, tərçüməçilər, video çəkənlər və redaktə edənlər, yardım qrupu və moderatorlar daxildir. Komandamızda hal hazırda 80 nəfərdən çox könüllü çalışır və müharibə müddətində də komandamızın hər biri öz bilik və bacarıqlarından maksimum istifadə edərək cəmiyyətə faydalı olmağa çalışmışlar. Bu müddət ərzində bütün sosial şəbəkələrimizdə müəyyən aksiyalar keçirmiş, Azərbaycanda olan böyük səhifə və qrup adminləri ilə bərabər bir whatsapp qrupu yaradaraq dünya trendlərinə çıxmaq üçün əlimizdən gələni etmişik. Burdan həmin qrup və səhifə adminlərinə və onların kollektivlərinə də öz təşəkkürümüzü bildiririk. Təbii ki, müharibə müddətində hər həftə bizim yardım qrupları ilə birlikdə Tovuz, Bərdə, Ağdam, Füzuli istiqamətlərində olmuş, şanlı ordumuza, şəhid və qazi ailələrinə, hərbi xidmətdə olan əsgər ailələrinə və 500-dən çox zərər çəkmiş ailələrə insanlardan gələn ianələri, yardımları çatdırmışıq və bu bunların hər birini çəkilişlər ilə qeydə alıb platforma daxilində paylaşımlar etmişik.
Hal hazırda da müharibə bitsə də informasiya müharibəsi davam edir. Bizim bir çox layihələrimiz var. Onlar üzərində çalışırıq. Qeyd etmək istərdim ki, artıq platformanın daha rəsmi fəaliyyət göstərməsi üçün Qeyri Hökümət Təşkilatının yaradılması ilə bağlı müraciət etmişik. Bizə dəstək olan bütün platformanın üzvlərinə öz təşəkkürümüzü bildiririk. Platforma olaraq təkliflərə və birgə fəaliyyətlərə hər zaman açığıq. Dayanmaq olmaz. Biz Bizlikdə Güclüyük. Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır.








