Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Dövlət Dəstəyi Şurasının bu gün keçirilən iclasında bildirib.
7news.Az xəbər verir ki, Vüsal Quliyev Şuranın qrant müsabiqəsi mövzularının hər zamankı kimi cənab Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritetlərinə, ictimai aktuallıq kəsb edən məsələlərə uyğun olaraq tərtib olunduğunu deyib.
Sədr müavini dövlət başçısının İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları kimi tarixi torpaqlarımıza qayıtmağımızın siyasi və strateji hədəfimiz olması ilə bağlı bildirdiyi fikirlərini əsas götürərək 2018-ci il ikinci qrant müsabiqəsinin 9 mövzusundan 5-nin bu istiqamətə həsr olunduğunu vurğulayıb.
7news.Az








