Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb. Hazırda 80 abonentin qaz təminatı dayandırılıb. "Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə yaxın saatlarda bərpa işlərinə start veriləcək.








