RU
Xalq artisti efirdə atasını görüb ağladı - VİDEO - FOTO
17:53
538

Xalq artisti efirdə atasını görüb ağladı - VİDEO - FOTO

ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinə bu dəfə xalq artisti Gülyanaq Məmmədova qonaq olub.

İllərin sənətkarı olan müğənni yaradıcılığından söz açıb və proqramın aparıcısı Zümrüd Qasımovanın suallarını cavablandırıb.

Bir müddət keçdikdən sonra aparıcı xalq artisti ilə bağlı onun atasından götürülən müsahibəni təqdim edib.

Gülyanaq Məmmədova atası Zakir Məmmədovun qızı ilə bağlı dedikləri sözlərə qarşı olduqca qürurlansa da, göz yaşlarını saxlaya bilməyib:

"Siz deyirsiniz bunu dünən çəkmisiniz. Atamın son vaxtlar səhhətində problem var. Onu belə yaxşı görməyimə sevindim. Şükür ki, yaxşıdır".

Daha sonra "İlk dəfə fəxri ad aldıqda kimə xəbər verdiniz?" sualına isə xalq artisti bu cür cavab verdi:

"İlk dəfə elə özümüz, Şəkidəydik. Bizə bu xəbəri Həyat xanım verdi. Daha sonra həyat yoldaşım zəng edib təbrik etdi. Özümüz fürsət tapıb kiməsə zəng vura bilmədik. Artıq o qədər zənglər vardı ki, heç nə edə bilmirdik".//milli.az

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ