RU
Xalq artistindən
15:18
552

Xalq artistindən "Gənclər Günü" təbriki

"Beynəlxaq Gənclər Günü"nə incəsənət nümayəndələri də biganə qalmadılar.

Belə ki, xalq artisti Faiq Ağayev sosial şəbəkədə bu özəl gün münasibəti iləruhən gənc, cavan olan hər kəsi təbrik edib.

7News.Az olaraq həmin təbriki olduğu kimi təqdim edirik.

Bu gün Beynəlxalq Gənclər Günüdür.
Əslində, ruhən gənc, cavan olan hər kəsə bu təbrikdən pay düşür.
Belə bir deyim var ki, "Gənclik - təkamülün çarpan ürəyi, düşünən beynidir".
Döyünən ürəyiniz, düşünən beyniniz yalnız xoş gələcəkdən, nurlu sabahlardan yararlansın.
Arzum budur ki, illər ötsə belə, zahirən cavan, ruhən gənc qalasız. İllər üzünüzdən təravəti, qəlbinizdən fərəhi yox etməsin.
Gənc ikən görülməsi vacib olan işləri axsatmayaq ki, gələcəkdə gəncliyimizlə bağlı xatirələrdən həzz alaq!
Bir daha Azərbaycanın bütün gənclərini, Gənclər Günü münasibəti ilə təbrik edirəm!

Sizin, 1oo% F.A

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ