Hər zaman öz ampulasında olan və sevənləri üçün daima fərqli və cazibədar qalmağı bacaran tanınmış müğənni Natavan Həbibi yeniliklərini 7News.Az-la bölüşdü.
Tətildən gəlib, yenidən tətilə gedəcəyini bildirən məşhur müğənni ünvanladığımız bütün suallara hər zaman olduğu kimi olduqca səmimi və gülərüzlə cavab verdi. Həmin müsahibəni tədim edirik.
- Natavan xanım, uzun müddətdir yenə görünmürsünüz?
İstirahətdən gəlmişəm istirahətə gedirəm (gülür).
- Yayda nə etməyi düşünürsüz?
Yayda, yay başlayanda istirahətdə idik. Getmişik istirahətə, gəlmişik. Çünki burada bir az işlərimiz var idi. Elə indi də işlərimiz hələ də davam edir, düşünürəm yenə Bakıdan uzaqlaşım. Çünki istirahət eləmək lazımdır.
- İstirahəti Bakıda düşünmürsünüz. Nə üçün məhz xaricdə düşünürsüz?
Yox, mən Türkiyədə idim, Gürcüstanda idim. Bütün Qaradəniz ətrafında olan şəhərlərdə, bir-bir hamısında olduq. İstanbula qədər getdik. Ondan sonra qayıtdıq Bakıya, indi isə mən Rusiyanı istəyirəm. Amma evdəkilər Avropanı istəyir. Baxarıq, hələki seçim qarşısındayıq. Hələ seçirik (gülür).
- Yayda ancaq istirahət etməyi düşünürsüz, yoxsa işlər barəsində də nəsə var?
Bu yaxınlarda "Silahlı Qüvvələr günü"ndə bir klip təqdim elədik, bizim ordumuza, bizim əsgərlərimizə həsr etdik. “Ana Vətənim” mahnıma görüntülər çəkdik. Gözəl klip alındı. N.Naiboğlu və Aysu Allahverdiyeva, yanımda çalışan xanım - montajoru da elə odur. Əslində düşündüyüm kimi, istədiyim kimi klip alındı və böyük memnuniyyətlə təqdim elədik. Mahnılarımızdan isə, yeni mahnılarımız, məsəlçün elə may ayında ad “Ad günüm” mahnımı təqdim elədik. Ondan sonra, bax bu yaxınlarda Dağıstandan bildiyiniz kimi fəxri adımla bağlı hədiyyə gəldi mənə. Elə Dağıstandan Xurşuda adında müğənni var. O mahnını o ifa eliyib və mahnını mənə hədiyyə edib. Mahnı rus dilindədir. Adı “Day mne ruku”. Onu da oxudum və qeyd etmək istəyirəm ki, nə oranjmanına, nə sözlərə heç bir müdaxilə etmədim. Elə rus dilində də, Qafqaz sayağı oranjmanda oxudum. Mahnıda Qafqazın koloriti var. O da şanson üslubu, yəni Bakı üslubu mənə xoş gəlir. Düşünürəm ki, Bakı əhli üçün bizim şəhər camaaatı üçün də xoş gələr.
- Ümumiyyətlə sizin Dağıstanda ada layiq görülməyiniz barədə mətbuata xəbərlər çıxdı ki, siz Dağıstan üzü heç görməmisiz. Ancaq Dağıstanın əməkdar artisti adına layiq görülmüsüz. Bu necə olur?
Mən Dağıstanda dəfələrlə olmuşam. Mən əvvəlcə Dağıstan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm və əlbətdə ki, Mədəniyyət və Turizim Nazirliyinə. Onlar elə belə göydən verməyiblər adı. Bizim mahnılarımızın çoxu orada populyardı, ordakı əksər müğənnilər ifa edirlər. Ya öz dillərində, ya da elə bizim dildə - Azərbaycan dilində. Mahnılarımız populyar olduğu kimi biz müğənnilər də orda çox tanınırıq. Buna görə bizi onlar özlərinə yaxın bilir, izləyirlər, bizim yeniliklərimizlə tanış olurlar. Məhz buna görə də, dövlət adından mənə bu mükafatı verməyi lazım bildilər. Odur ki, fakt yəni var. Biz orda dillər əzbəriyik. Ona görədə kim deyir Dağıstanda olmayıb, özü üçün deyir. Mən dəfələrlə Dağıstanda olmuşam. Mən qonaq kimi getmişəm, həm işlərimizlə bağlı getmişəm. Amma bunu açıqlamaq borcum yoxdu. Belə deyək də, hansısa toyumuz oldu, məclisimiz oldu biz onu özümüzə borclu sayıb açıqlamağı, elan etməyi lazım bilmirik. Ona görə də özümü bu söhbətdə heç narahat hiss etmirəm. Danışanlar, xüsusi ilə boş-boş danışanlar həmişə olacaq. Bizim işimiz elədir ki, arxamızca mütləq və mütləq danışırlar. Vəssalam.
- Ümumiyyətlə nə qədər qalmaqallardan uzaq olsaz da həmişə adınız hallanıb.
Bax, sən özün də bir jurnalist kimi bunu görürsən. Məni tanıyan hər kəs bunu bilir və vurğulayır. Həmişə qalmaqaldan qaçmaq istəyən insanam. Amma qalmaqal həmişə dalımca qaçır (gülür).
- Səbəbi nədir axı?
Əslində bu uğurdur. O deməkdir ki, müğənni həmişə maraq içindədir, həmişə gündəmdədir, izləniləndir və həmişə onun haqqında danışmaq istəyirlər. Bu hər müğənniyə nəsib olmayan şansdır. Sadəcə mən bu şeylərdən çox yorulduğuma görə təkrarlanmasını artıq istəmirəm. Biri ilə qurtarırsan, o biri başlayır. O biri ilə qurtarırsan, bu biri başlayır. Yəni bu alın yazısı kimi bir şeydir. Olmayan bir şeydən nə isə ortaya çıxır, olmayan bir şeydən mütləq, mütləq. Adi "instagram"da bir şəkildə bizdə qalmaqal yaranır. Bir şəkil paylaşıram, mütləq və mütləq orda debatlar yaranır ki, ay Natavan əməliyyat elətdirib, ay Natavan orasını kəsdirib, burasını kəsdirib və orada mən qalmaqalın tam mərkəzindəyəm - adi bir şey.
- Dəbli xanım seçilmisiz. Ümumiyyətlə bunu kimə borclusunuz? Özünüzə, yoxsa xüsusi stilistiniz var?
Belə deyək, əgər kimsə özünə stilist adı qoyursa, o demək deyil ki, o mütləq stilistdi. Onlar özlərinə bu adı qoyurlar. Var əlbətdə ki, 3-4 nəfər peşakar stilistlər var. Mənim çalışdığım stilist de peşəkarlardan biridir, adı Pərvizdir. Makiyajım, saçım çox vaxt ona aid olunur. Geyimlə bağlı seçimləri çox vaxt özüm edirəm, zövqümə də çox arxayınam və onu da deyim ki, son vaxtlar uzun, qapalı geyinməyə üstünlük verirəmsə, bu o deməkdir ki, bizim yaşımız irəliləyir və bu cür də lazımdır. Bizim ağlımız həmişə inkişafdadı. Bizim düşüncəmiz həmişə dəyişilir və biz yaşadıqca, təcrübə topladıqca bizim həyata baxışımız da dəyişir. Əgər mən 25 yaşımda qısa ətək, qısa topik geyinə bilirdimsə, indi bunu heç cürə edə bilmərəm. Çünki mənim artıq statusum bir başqadı. Mən artıq bilirəm ki, mənə bir nümunə kimi baxanlar var və mən gənc nəsilə heç vaxt açıq-saçıqlıqla örnək ola bilmərəm. Mən müsəlman ölkəsində yaşayıram. Müsəlman xanımıyam, Azərbaycanlıyam. Mən öz ailəmin qızıyam, öz ailəmin xanımıyam. Onları təmsil etdiyimə görə, mən həmişə fikir verməliyəm öz geyimlərimə.
- Çox adamlar biz görmüşük, açıq-saçıq geyimlərlə diqqətdə olurlar. Amma siz qapalı geyimlərlə həmişə diqqətdə olmusuz. Bunu necə bacarırsınız?
Mən bunu özümə kompliment kimi qəbul edirəm (gülür). Açıq-saçıqlıq o demək deyil ki, sən dəblisən və zövqlüsən. Açıq-saçıqlıq, dəbli, zövqlü olmaq deyil, bu "vulqarlıq"dır. Bu üsula üstünlük verən xanım sadəcə başqa xüsusiyyəti ilə tanına bilmir, yadda qala bilmir. Ona görə elə hey geyimi ilə özünü qoyur çöldə.
- Gənc xanımların çoxu açıq-saçıq geyimlə gündəmdə olmaq istəyirlər. Siz bununla bağlı nə demək istərdiniz?
Xanımlara məsləhətim odur ki, nə qədər çox qapalı olsalar, bir o qədər həmişə hamıya maraqlı olacaqlar. Bu bir aksiomadır. Bu illər yox, əsrlərdir sübut olunmuş bir faktdır. Xanım nə qədər bağlansa, nə qədər qapalı geyinsə, bir o qədər də həmişə maraqlı olacaq. Açıq-saçıqlıqlıq zövqsüzlüyün göstəricisidir.
- Bir dəfə də qeyd etmişdiz ki, verlişlərə çıxmağa o qədər də önəm vermirsiz. Buna səbəb nədir?
Səbəb odur ki, insanların marağı biraz azalıb efirə. Efirdə olan verlişlərin də marağı azalıb. Verlişlərin özü maraqlı olmadığına görə, mən verlişləri indi seçirəm. Hansı verlişə dözüb baxa bilirəmsə, o verlişə gedirəm. Efirdə çox görsənmək də lazım deyil, tamaşaçı olaraq bunu deyirəm ki, hər gün eyni müğənnini efirdə görəndə, mənim ona sevgim yox əksinə qıcıq yaranır. Özünü hər yerə soxan, reklam düşgünü olan insan kimi qəbul edirəm.
- Yeni mövsüm üçün yenilikləriniz.
Mahnılarım çoxdu. Onu deyim ki, deməli növbədə Murad Arif, İsmayıl Əsədov, bir də Tunardan mahnım olacaq. Hər biri də fərqli mövzular, bir-birlərindən fərqlənən üslublardı. Solo mahnılardı. Duet oxumuram heç kimlə. Sentyabrdan başlayacam onları təqdim etməyə. Klip isə elə bir şeydir ki, düşünəcəm hansı mahnıya olsun deyə.
- Elə bir söz, fikir varmı ki, çatdırmaq istəyərsiniz insanlara. Bir sözlə və ya bir cümlə ilə.
Deyəcəklərim odur ki, hamının başı qarışsın ən xoş işlərinə ki, heç kimin işi olmasın bir-biri ilə. Mən bunu arzulayıram hər kəsə. Hamının günü-güzəranı, hər şeyi yaxşı olsun ki, başları öz xeyir işlərinə qarışsın. Heç kimin vaxtı, halı, həvəsi qalmasın kiminsə işinə yersiz müdaxilə etməyə. Hətta məni və əzizlərimi istəməyənlərin də yolu o qədər açıq olsun ki, təki bizdən uzaq olsunlar. Hər kəsə xoşbəxt olmağı arzu edirəm.
Ozal İBRAHİMLİ
Foto: Söhrab ASADOV
7news.Az














