RU
Xanımını lağa qoyan aparıcını şillələdi - Video
13:45
694

Xanımını lağa qoyan aparıcını şillələdi - Video

Los-Ancelesdə 94-cü "Oskar” kino mükafatının təqdimetmə mərasimi baş tutub.

Canlı yayımlanan tədbirdə gərgin anlar yaşanıb.

Buna səbəb aparıcı Kris Rokun aktyor Uill Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti "Əsgər Ceyn” adlandırması olub.

Bunu eşidən U. Smit tamaşaçı zalından səhnəyə qalxıb və aparıcıya şillə vurub. Həmin an səs itib, lakin kameralar baş verənləri lentə alıb. K. Rok baş verənləri zarafata çevirməyə çalışıb.

Xəbəri rus dilində oxuyun: Супруга Полада Гашимова получила должность

Bir qədər sonra "Ən yaxşı kişi rolu” mükafatını almaq üçün səhnəyə çıxan U. Smit öz hərəkətinə görə üzr istəyib və qeyd edib ki, həyatda ailəni müdafiə etmək vacibdir.

Həmin görüntüləri təqdim edirik:


 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ