"Bəziləri bundan axirətədək həqiqətən məhrumdur və əslində onlara çox yazığım gəlir. Buna görə də hərtərəfli yazıq və əzik olmaq bu cür insanları həmişə paxıllıq etməyə sövq edir. Allahım, bizi hər zaman şeytanın şərindən qoru. Mərdimazarı yolumuzun üstündən uzaq tut. Allahım, bizi hər zaman doğru yola yönəlt və bu yoldan çıxmağa izin vermə.
Xoşbəxtliyimizin zərrəsindən onlara da ver, qoy, gözləri doysun. Pis nəfslərini üzərimizdən çək. Başlarını özlərinə elə qat ki, heç biz yadlarına düşməyək. Allahım, sən böyüksən, rəhmlisən. Onların günahlarını bağışla. Hər kəsə ürəyinə görə verirsən, çox şükür.
Fatimə, Natavan qızlar, istəyirəm biləsiz ki, sizi çox sevirəm. Siz mənim üçün çox önəmli və dəyərlisiz. Allah sizin ailənizi - başda ailə başçınızı başınızın üstündən əskik etməsin. Allah başınızdan o qədər töksün ki, heç yığıb-yığışdıra bilməyəsiz. Pis gözlərdən uzaq, amin.
Sadəcə gecə-gecə sizin üçün dua etmək gəldi içimdən. Sizi çox sevirəm. Allah sizi həmişə var eləsin".
Qeyd edək ki, Xatun Elnarənin ünvanına "Gedib evində oturub, uşaqlarına baxsın" sözlərini deyib.
7News.Az








