Türkiyə musiqisinin məşhur siması Attilla Özdemiroğlu ağciyər xərçəngi diaqnozu ilə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 73 yaşlı sənətçinin ölüm xəbərini arajimançı Aykut Gürel sosial media hesabından paylaşıb:
"Tanıdığım ən zərif insan... Məkanın cənnət olsun".
Qeyd edək ki, bəstəkar və aranjimançı A.Özdemiroğlu Ajda Pekkan, Nilufer, Kayahan, Sezen Aksu, Onno Tunç, Uzay Heparı kimi adlarla çalışıb. O, yeddi dəfə "Qızıl Portağal" mükafatının qalibi olub. Sənətçi evli və dörd övlad atası idi.








