"Duman” qrupunun solisti Kaan Tangöze boşandığı Seçkin Pirilerə ayda 7 min TL aliment ödəyəcək.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə atanın iki uşağa 4 min, anaya isə 3 min lirə aliment ödəməsi barədə qərar çıxarıb.
Həmçinin, Kaan Ortaköydəki müştərək evi boşandığı həyat yoldaşına verməyə məcbur olub.
Bundan əlavə, Tangözenin Bodrumdakı villasının 4/1 hissəsi oğlanlarının payına düşüb.
Xatırladaq ki, cütlük 9 ay bundan əvvəl boşanmışdı. Seçkin Piriler Kaanın ona xəyanət etdiyini söyləmişdi.








